BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə sədri cəzalandırıldı, protokoldan şikayət verdi

Hacıqabul rayonu Navahı qəsəbə bələdiyyəsinin sədri İsmayılova Səmayə Qoçu qızı barəsində inzibati protokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir) maddəsinə əsasən yazılıb.

 


Bələdiyyə sədri protokoldan şikayət verib. İş Hacıqabul Rayon Məhkəməsinin hakimi Orxan Bayramovun icraatındadır.

 

Xəyal Quliyev 

Tarix: 14 Avqust 2024, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin