BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə itə balta ilə işgəncə verən şəxsə məhkəmədən ağır CƏZA

Binəqədi rayonunda itlə rəhmsiz rəftara görə saxlanılan şəxs həbs olunub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü X.Muradov məhkəmənin qərarı ilə 30 sutka (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati həbs) inzibati qaydada həbs olunub.

 

Qeyd edək ki, ötən gün Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə iti balta ilə döyməsi ilə bağlı görüntülər yayılmışdı.

 

Həmin şəxsin övladını it dişlədiyi və nəticədə övladının dünyasını dəyişdiyi iddia edilib.

 

 

Tarix: 14 Avqust 2024, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin