BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Sənaye Sığorta" BDYP-nin tərtib etdiyi protokoldan şikayət etdi

"Azərbaycan Sənaye Sığorta" ASC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

ASC protokoldan şikayət verib. İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 15 Avqust 2024, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin