BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həkim-kardioloqla bağlı qərar verdi

Vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Y.İsmayılovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Y.İsmayılova 19 yanvar 2009-cu ildən 17 aprel 2019-cu il tarixədək paytaxt ərazisində yerləşən İnstitutlardan birinin 1-ci Klinik Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində işləyib. O, işlədiyi müddət ərzində vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Y.İsmayılovaya 4 000 manat cərimə cəzası təyin edilib. Ondan 58 748 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçıya ödənilməsi hökm olunub. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin cərimə cəzasını yüngülləşdirilərək 3 000 manata endirib.

 

Kamal Məmmədov

 

 

Tarix: 15 Avqust 2024, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin