BURADA REKLAMINIZ OLA
BİLƏR

Yük maşını nənə və nəvəsini vurdu - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Amil Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 05 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Amil Əsədov Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məxsus olan yol vərəqəsi əsasında idarə etdiyi “KamAZ” markalı avtomobillə rayonun Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsi istiqamətində hərəkətdə olarkən piyadalar – Sənəm Məmmədova və onun azyaşlı nəvəsi Mahir Məmmədovu ad, soyadları şərtidir) vuraraq onlara xəsarət yetirib. 

 

Hadisədən sonra Amil Əsədov saxlanılaraq istintaqa cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 15 Avqust 2024, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin