BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdən 1,3 manata gətirilən limon marketlərdə 3,8 manata satılır – 29% bahalaşıb

Bu ilin yanvar ayı ilə müqayisədə ötən ay marketlərdə satılan limon 29% bahalanıb.


Açıqlanan rəsmi məlumatlara görə, yanvar ayında limonun 1 kiloqramının orta qiyməti marketlərdə 2,9 manat olduğu halda, ötən ay 3,72 manata kimi bahalanıb.


Qeyd edək ki, bahalaşma həm yerli, həm də idxal limonun qiymətində müşahidə olunub. Son 7 ayda yerli limonun 1 kiloqramının orta qiyməti 2,74 manatdan 3,7 manata, idxal limonun 1 kiloqramının orta qiyməti isə 3,05 manatdan 3,8 manata yüksəlib.
 

Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında xarici ölkələrdən Azərbaycana 12 min 104 ton liman idxal edilib. Limon əsasən 2 ölkədən – Türkiyə və Cənubi Afrika Respublikasından gətirilib.


Türkiyəndən 10 min 229 ton, Cənubi Afrika Respublikasından isə 1 814 ton limon idxal olunub. Türkiyədən gətirilən limonun 1 kiloqramının orta gömrük dəyəri 1,3 manat, Cənubi Afrika Respublikasından gətirilən 1 kiloqramının orta gömrük dəyəri isə 2,1 manat olub./Yeniavaz.com

Tarix: 18 Avqust 2024, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin