BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzi küçəsi 1 aylıq bağlanır

Bakı şəhərində "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

 

Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

 

Qeyd edilib ki, "Formula-1" Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

Tarix: 20 Avqust 2024, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin