BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ləyaqətsiz, insan libasını itirmiş şəxs və ya “Yasamal uşağı” sadə həqiqəti dərk etmək istəmir” - Eynulla Fətullayev

“Polisin üstünə zibil atmaq, aşağılamaq yolverilməzdir. Belə vətəndaşlara qarşı ən sərt cəza verilməlidir, ən sərt münasibət sərgilənməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.

 

“Bütün dünya pandemiya rejiminə tabe olur, amma dünyanın gözündə bizi rəzil duruma salan bəzi mədəniyyətsiz, ləyaqətsiz, insan libasını itirmiş şəxs və ya Yasamal uşağı sadə həqiqəti dərk etmək istəmir! Ölmək istəyirsən, öl! Cəhənnəmə öl! Amma mənim və yaxınlarımın həyatına təhlükə yaradırsan, ay zalım!!! Yoluxacaqsan və camaatı yoluxduracaqsan! Məncə, polis çox yumşaq davranıb! Belə şərəfsiz insanları döyə-döyə həbs etmək lazım idi. Kim sənə haqq verib ki, qanunun tələbini icra edən polisin üstünə zibil atasan???

Bu məsələdə həddən ziyadə sərt və barışmaz olmaq lazımdır!” – E.Fətullayev qeyd edib.

Tarix: 8 İyun 2020, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin