BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirələm Cəlalov ləğv olunan tenderi yeniden elan etdi - Görün hansı şirkəti qalıb oldu

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin "Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik yağlarının satınalınması" ilə bağlı elan etdiyi tenderi başa çatıb.32gun.az-ın əldə etdiyi məlumata görə, tenderin qalibi "AVTO TEXNİKA DETALİNG" MMC olub.  Tərəflər arasında 168.999,6 AZN-lik müqaviləyə imza atılıb. 

 

Bildirək ki, nizamnamə kapitalı  20 AZN olan  "AVTO TEXNİKA DETALİNG" MMC-nin qanuni təmsilçi TEYMUR MÜSLÜMOV ƏKRƏM oğludur. 

 

Qeyd edək ki, bubil yanvarında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin "Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik yağlarının satınalınması" ilə bağlı elan etdiyi tenderi ləğv edilmişdi. 

 

Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nə direktoru Mirələm Cəlalovdur.

Tarix: 22 Avqust 2024, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin