BURADA REKLAMINIZ OLA
BİLƏR

"Həftələrlə işığımız yanmır, baxmırlar" - VİDEO

Bərdə rayonu Körpüsındıran kənd sakinləri köhnəlmiş elektrik xətlərinin onların həyatları üçün təhlükəli olduğunu bildirirlər.

 

Sakinlərin sözlərinə görə, elektrik xətlərinin ağacların budaqları arasından keçməsi bu təhlükəni daha da artırır:

 

"Yağış yağan zaman, külək əsəndə həftələrlə işığımız yanmır. Elektrik xətləri ağacların arasından keçir, körpə uşaqlarımız var, təhlükəli hadisənin baş verməsindən qorxuruq".

 

Məsələ ilə bağlı Körpüsındıran kənd bələdiyyəsinin sədri Vidadi Əsədov bildirib ki, müvafiq qurumlara müraciət edilib, lakin hələ ki, kömək edilməyib.

 

Ətraflı Baku TV-ni süjetində:

 

Tarix: 28 Avqust 2024, 02:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin