BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu universitetin tələbələrinin iki diplomu olacaq

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri ali məktəbi bitirdikdə iki diplomları olacaq.

 

Bunu Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.

 

Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

 

Onun sözlərinə görə, qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq.

 

“Həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq”, - rektor deyib.

 

Onun sözlərinə görə, Hacettepe Universitetinin müəllim heyəti tələbələrə Ankaradakı Beytepe və Sihhiyede yerləşən korpuslarında hansı keyfiyyət və standartda dərs tədris edirsə, eyni keyfiyyət və standartda da TAU-dakı tələbələrinə təhsil verəcək./report

Tarix: 29 Avqust 2024, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin