BURADA REKLAMINIZ OLA
BİLƏR

HDQ-nin dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir - VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, çətin relyefli şəraitdə qrupların hərəkəti sərt qayalıqlardan eniş, çayların və göllərin keçilməsi, həmçinin əlverişsiz relyefdə yaralıların təxliyəsi üzrə epizodlar icra olunur.

 

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə bacarıqlarının nəzəri və praktiki əsaslarını mənimsəməkdir.

 

Tarix: 29 Avqust 2024, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin