BURADA REKLAMINIZ OLA
BİLƏR

"Formula 1"lə əlaqədar bu gecədən İstiqlaliyyət və onunla kəsişən küçələrdə hərəkət dayandırılır

İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

 

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

 

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.

Tarix: 29 Avqust 2024, 19:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin