BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xaliq Faiqoğlu” şirkəti qanvermə aksiyasına qoşuldu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19)pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdətalassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçünqan ehtiyatının yaradılmasına dəstək çağırışına “Xaliq Faiqoğlu” şirkəti də qoşulub.

 

Bu məqsədlə şirkətin təşkilatçılığı ilə iyunun 10-da Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil olunub. Mərkəzi Qan Bankının həkim-hemotoloqlarıtərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra onlardan qan analizigötürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Bundan sonra xüsusikarantin rejiminin tələblərinə və sosial məsuliyyət qaydalarına əməl edilməkləşirkətin rəhbər və sürücü heyəti qan veriblər.

 

Qeyd edək ki, Mərkəzi Qan Bankının peşəkar həkimkollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi RespublikaTalassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyacduyan uşaqlara, eləcə də həyati əhəmiyyətli ehtiyac duyan digər kateqoriyalıinsanlara pandemiya dövründə dəstək olmaqdır.

 

“Xaliq Faiqoğlu” şirkəti bundan sonrakı dövrdə də könüllülükvə sosial məsuliyyət prinsiplərinə əsaslanaraq bu tip aksiyaları davam etdirəcəkdir.

Fotoları təqdim edirik
Tarix: 10 İyun 2020, 13:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin