BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda kişi arvadını güllələdi

Lerikdə silahlı insident olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zövnə kəndində qeydə alınıb.

 

Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib.

 

Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.

 

O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.

 

C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 9 Sentyabr 2024, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin