BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kim Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətlərin araşdırmasında iştirak etmək istəyirsə, ona lazımi şərait yaradılacaq"

Kim Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətlərin araşdırmasında iştirak etmək istəyirsə ona lazımi şərait yaradılacaq.

 

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

O, 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçiləri, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib.

 

M.Pənahov 22, 31 və 78 saylı seçki dairələrindən olan namizədlərdən daxil olan müraciətlərin hazırda araşdırıldığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Tarix: 9 Sentyabr 2024, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin