BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəza törədən sürücü ilə bağlı qərar çıxarıldı

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə tərqsirlədirilən Əhmədağa Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 18 may 2022-ci il tarixdə, saat 23 radələrində Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun Axtaçı-Muğan kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

 

Belə ki, Əhmədağa Əhmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olarkən qarşı hərəkət zolağında hərəkətdə olan zərərçəkmiş Kamran Həsənlinin idarə etdiyi “VAZ-21070” markalı maşını yolun ortasındakı mişar daşına dəyib və sola doğru istiqamətlənib. Bu zaman hər iki avtomobil toqquşub. Nəticədə Kamran Həsənli bədən xəsarətləri alıb və sonra vəfat edib. 

 

Hadisədən sonra Əhmədağa Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 13 Sentyabr 2024, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin