BURADA REKLAMINIZ OLA
BİLƏR

Binədəki yolun daralmasına səbəb olan küçə ticarəti yığışdırıldı - FOTO

Ərazidə reyd keçirilib, küçədəki mallar yığışdırılıb.


Bu barədə Pravda.az-a Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib.

 

Qeyd olunub ki, əraziyə nəzarət olunur.

 

***

 

10:08

 

Xəbər verdiyimiz kimi, sentyabrın 5-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində Əli İsazadə küçəsində tikilən mağazanın yolun daralmasına səbəb olması ilə bağlı məlumat yaymışdıq. Məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi reaksiya verdi. Bildirildi ki, Baş İdarə Xəzər Rayon İcra Hakimiyyəti ilə birlikdə 9 sentyabr 2024-cü il tarixində özbaşına tikintinin sökülməsini təmin edib, nəticədə ərazidə nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti bərpa olunub. Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğu da eyni qaydada cavablandırıldı

 

Həmin yoldan istifadə edən şəxslər Pravda.az-a yenidən müraciət edərək bildiriblər ki, taxta konstruksiyadan ibarət qanunsuz tikili söküldüyü zaman nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti təmin edilsə də, bu, çox çəkməyib. Həmin ərazi yenidən zəbt olunub, bu dəfə isə alver açıq formada həyata keçirilir, paltar vitrinləri yolun kənarına düzülüb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi işini görüb, qanunsuz tikilini söküb, əraziyə nəzarəti isə Xəzər RİH həyata keçirməlidir. Görünür ki, həmin taxta konstruksiyanın quraşdırılmasına da rayon rəhbərliyi göz yumub. Belə olmasaydı, yol kənarı yenidən zəbt edilməzdi. Hər kəsə bəllidir ki, müvafiq qurumların, o cümlədən icra hakimiyyətlərinin razılığı olmadan Bakıda daşı-daş üstünə qoymaq olmaz. Məsələni diqqətdə saxlayacağıq. 

 

Qeyd: Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, 2019-cu ildən bu vəzifədədir.

 

Nadir

 

 

 

Fotoları təqdim edirik
Tarix: 14 Sentyabr 2024, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin