BURADA REKLAMINIZ OLA
BİLƏR

2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub

2024-cü ilin yayı bir neçə rekorda imza ataraq müşahidələr tarixində qeydə alınmış ən isti mövsüm olub.

 

Bu barədə Avropa İttifaqının İqlim Dəyişikliyinin Monitorinqi Xidmətinin yeni aylıq “Copernicus” bülletenində deyilir.

 

Qeyd olunub ki, 2024-cü ilin qızmar yayı ərzində qeydə alınan həddindən artıq istilər planetin ən isti ili kimi 2023-cü ili də geridə qoyub:

 

“2024-cü ilin son üç ayı planetin ən isti iyun və avqust aylarını, ən isti gününü və ən isti boreal yayı yaşadı. Bu rekord temperatur silsiləsi 2024-cü ilin rekordlar üzrə ən isti il ​​olacağı ehtimalını artırır. Belə ki, iyun, iyul və avqust aylarında Şimal yarımkürəsində orta temperatur 16,8°C olub. Halbuki, 2023-cü ilin yayında orta temperatur 16,5°C olub”.

 

Müəyyən edilib ki, son 12 ay ərzində ( 2023-cü ilin sentyabrından 2024-cü ilin avqustuna qədər) orta qlobal temperatur istənilən birillik dövrə nisbətən rekord həddə yüksək olub. Bu eyni zamanda 1991-2020-ci illər üçün orta göstəricidən 0,76°C yuxarıdır.

 

Report

Tarix: 15 Sentyabr 2024, 07:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin