BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoruna yazılan protokola baxılacaq tarix açıqlandı

"Auto Azərbaycan" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə sentyabrın 25-də baxılacaq.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

 Xəyal Quliyev

Tarix: 16 Sentyabr 2024, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin