BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada saxlanılan tanınmış vəkil Elman Paşayevin nədə ittiham edildiyi məlum oldu - VİDEO - YENİLƏNDİ

Rusiyada saxlanılan azərbaycanlı hüquqşünas Elman Paşayevin nədə ittiham edildiyi məlum olub.

 

Keçmiş vəkil 46 milyon rubl (500 min ABŞ dolları) mənimsəməkdə və dələduzluqda ittiham olunur.

 

Bildirilib ki, Elman Paşayev vergidən yayınma işi üzrə bloger Yelena Blinovskaya və onun həyat yoldaşı Aleksey Blinovskayanı cinayət məsuliyyətindən azad etmək adı ilə adı qeyd olunan şəxslərdən 46 milyon rubldan çox pul alıb.

 

Qeyd edək ki, bu gün Rusiyanın Hərbi İstintaq Komitəsi Paşayevin saxlanılması barədə məlumat yayıb.

 

APA

 

***

09:40

 

Keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

 

Pravda.az APA-ya istinadən bildirir ki, o, saxlanılıb.
 

Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

 

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

 

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi davam etməkdədir.

 

Tarix: 17 Sentyabr 2024, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin