BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "COP30-un da Bakıda keçiriləcəyi ilə əlaqədar söylənilən fikirlər ürəkaçandır"

“Artıq “Formula 1” yarışları başa çatıb. Bu yarışın uğurları dünya mətbuatında geniş şərh olunmaqdadır. “Formula 1” yarışları bir neçə ildir, ardıcıl olaraq Bakıda keçirilir və böyük uğur qazanıb. Hər birimiz əminik ki, COP29 tədbiri də Azərbaycanın yeni uğurları sırasına daxil olacaq və öz möhtəşəmliyi, əhəmiyyəti ilə Azərbaycanı bir daha dünyada tanıdacaq. COP30-un da Bakıda və ya Qarabağda keçiriləcəyi ilə əlaqədar söylənilən fikirlər ürəkaçandır. Çünki belə fikirlər varsa, deməli, Azərbaycana etimad, hörmət çox böyükdür. Bu, qəbulediləndir. Qarabağda keçirilən bir çox beynəlxalq əhəmiyyətli tədbirlər göstərir ki, Qarabağ torpaqlarında da gələcəkdə belə möhtəşəm tədbirlərin keçirilməsi mümkün ola bilər. COP30-un Azərbaycanda keçiriləcəyi barədə fikirlər ölkəmizə olan hörmətdən, məhəbbətdən, etimaddan qaynaqlanır. Bununla qürur duymağa dəyər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

 

Deputat bildirib ki, Azərbaycanın yüksək səviyyəli tədbirləri keçirməkdə yaxşı təcrübəsi var: “Bu ənənə davam edir. Müsbət haldır ki, COP29 kimi mötəbər tədbirlərin keçirilməsinə ev sahibliyi edən ölkəmizin təşkilatçılığı dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Həyata keçirilən təşkilati tədbirlər deməyə əsas verir ki, COP29 da yüksək səviyyədə keçiriləcək. Çünki tədbirin Bakıda keçiriləcəyi elan edildiyi ilk gündən ölkənin bütün əlaqəli müvafiq orqanları bu işə cəlb olunublar. COP29 dünyada böyük əhəmiyyət daşıyan bir tədbirdir. Dünyanın əksər ölkələrindən dövlət rəhbərlərinin, baş nazirlərin, görkəmli ictimai-siyasi xadimlərin, qonaqların qatılacağı bu tədbirə ev sahibliyi etmək, əlbəttə ki, Azərabaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun nəticəsidir. Azərbaycanda belə mötəbər tədbirlər çox keçirilib və yüksək dəyərləndirilib”. 

 

Aytəkin Qardaşova 

Tarix: 17 Sentyabr 2024, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin