500 milyon manatı “qara yolla” xaricə daşıyan dəstə ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Dəstə uzun illər yarıgizli fəaliyyətdə olub.
Dəstə ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən ələ keçirilib.
Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında keçirilən xüsusi əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib. Bunlar Bahadır Ağaqulu oğlu Qasımov, İkram Ağaqulu oğlu Qasımov, Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovdur. Bahadır və İkram doğma qardaş, Fərhad isə onların əmisi oğludur. İstintaq həbs edilən şəxslərdən əlavə də eyni cinayətdə iştirak edən, lakin hələ şəxsiyyətləri müəyyən edilməyən şəxslərin olduğunu istisna etmir.
İttiham ondan ibarətdir ki, təqsirləndirilən şəxslər xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar bu əməlləri ilə faktiki olaraq bank fəaliyyəti həyata keçirib, nəticədə xüsusilə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırılması əsasən Bakının Yasamal rayonunda, İstanbul və Dubay şəhərindəki ofislərdə həyata keçirilib. Şirkətin rəhbəri isə Bahadır Qasımov olub. O özü Rusiyada yaşadığı üçün idarəçiliyi qardaşı İkrama həvalə edib. İkram da əmisi oğlu Fərhad və onun tanışları Cavid və Anarla birgə qanunsuz pul leqallaşdırmaqla məşğul olublar. Bahadır Qasımov bu işlə məşğul olmazdan əvvəl də yaxşı imkana malik olub. Onun Rusiyada bankı və şirkətləri var. Azərbaycana gəldikdən 1 həftə sonra tutulub.
Həmçinin qardaşı İkramın Dubayda avtomobil satışı ilə məşğul olan şirkəti mövcuddur. Bakıdakı şirkət isə onların üçüncü qardaşı Bibiqulu Qasımovun adına rəsmiləşdirilib. Dəstə üzvlərinin işlədikləri ofisdə və evlərində keçirilən xüsusi əməliyyatlar dəhşətli faktların üstünü açıb. Əldə edilmiş sənədlərlə müəyyən edilib ki, şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin də 1 faizi - 2 milyon 500 min manatı xidməthaqqı kimi onların özünə qalıb. Bununla da onlar qanunsuz sahibkarlıq edib, həmçinin qanunsuz leqallaşdırma həyata keçirdikləri üçün daha ağır cinayət törədiblər. Bütün bunlar istintaqın sübutlarıdır. Hələ ki, məhkəmə tərəfindən hüquqi qiymətini almayıb. İkram Qasımovun razılığı ilə Yasamalda yerləşən sözügedən ofisdə və onun yaşadığı evdə axtarış həyata keçirilib. Böyük məbləğdə pullar, qızıl-zinət əşyaları və silahlar aşkar edilib.
Burada söhbət 1 milyon 500 min dollar və 1 milyon 400 min manata yaxın puldan, iki ədəd odlu silahdan və 100 ədədə yaxın qızıl-brilyantdan gedir. Onların da qiyməti 1 milyon manata yaxın qiymətləndirilir.
İttihama görə, qızıl-zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin yüzlərlə əmlakı üzərinə həbs qoyulub. Həmin əmlakları tək-tək sıralamaq kifayət qədər yer tutar. Buraya 100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakıda və bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar və digər əmlaklar daxildir. Təxmini hesablama ilə bütün əmlakların ümumi bazar dəyəri 500 milyon manata yaxındır. Həbs edilən şəxslərdən Fərhad istisna olmaqla, digərləri istintaq vaxtı özlərini təqsirli bilməyiblər.
Dəstənin Bakıda fəaliyyəti haqda “Yeni Müsavat”a 2021-ci ilin yanvarda daxil olan məlumatda deyilirdi ki, Yasamalda qanunsuz pul köçürmələri ilə məşğul olan dəstə var.
Dəstə barəsində məlumat Türkan qəsəbəsində, “Türkan bulvarı” adlanan ərazidə torpaqların zəbt olunması kontekstində verilmişdi. O zaman bu məlumat “Yeni Müsavat”ın 8 yanvar 2021-ci il tarixli sayında “Xəzəri zəbt edən milyonçuların hasarları sökülür” sərlöhvəli yazıda yer almışdı.
Həmin yazıdan sitat:
“Məsələ ilə bağlı “Yeni Müsavat”a daxil olan məlumata görə, artıq Türkan qəsəbəsinin dənizkənarı hissəsində saxta sənədlərlə zəbt olunmuş torpaq sahələrinin daş hasarlarının bir hissəsi sökülüb. Yeri sakinlərin “Türkan bulvarı” adlandırdıqları ərazinin əhatələndiyi daş hasarların yeni icra nümayəndəliyinin göstərişi əsasında sökülməsi haqda xəbərlər var.
2020-ci ilin əvvəlində Əzizəxanım Atayevaya və Xumara Şabanovaya aid bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsi məlum olub. Bundan sonrakı araşdırmalarla üzə çıxıb ki, ahıl qadınların torpaq sahələri sabiq deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov tərəfindən satılıb.
Xumara Şabanova deyib ki, torpaq sahələrinin daş hasarlarının sökülməsindən xəbərsizdir. O, istintaqın davam etdiyini bildirib. Deyib ki, onlara məxsus bağ torpaq sahəsinin ələ keçirilməsi və satılması üçün böyük bir cinayət sxemi işə salınıb. Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib. Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə etməklə Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilərək satılıb. Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəklində törədilməsi və Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı ona yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərilib.
Məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqa Xəzər rayonunun sabiq başçısı, hazırda Ağdam İcra Hakimiyyətinin başçısı olan Vaqif Həsənovun da adı qarışıb.
Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. Həmin qardaşların kimliyini də öyrənmişik. Məlum olub ki, Ağasadıq Vəlibəyova məxsus torpaq saxtakarlıqla ələ keçirilərək Bibiqulu və Bahadır Qasımov qardaşlarına satılıb. Qasımovlar da saxtakarlıqla ələ keçirilmiş torpaq sahələrinin digər alıcıları kimi Azərbaycanda və ölkədən çox uzaqlarda tanınan şəxslərdir. Onların dünyanın 50-dən çox ölkəsində kontoralarının olması və həmin kontoralar üzərindən böyük maliyyə vəsaitlərinin axması haqda məlumatlar var”.
Yazdıqlarımızdan 3 il sonra hüquq-mühafizə orqanları ölkədən pul qaçıran dəstənin izinə düşə, onların qara əməllərini ifşa edə bilib.
"Yeni Müsavat"
7 Oktyabr 09:29
7 Oktyabr 09:22
7 Oktyabr 09:18
7 Oktyabr 09:14
7 Oktyabr 09:11
7 Oktyabr 09:09
7 Oktyabr 09:06
7 Oktyabr 09:04
7 Oktyabr 09:01
7 Oktyabr 08:50
7 Oktyabr 08:48
7 Oktyabr 08:45
7 Oktyabr 08:38
7 Oktyabr 08:36
7 Oktyabr 07:28
7 Oktyabr 06:45
7 Oktyabr 06:43
7 Oktyabr 00:20
7 Oktyabr 00:17
6 Oktyabr 21:58
6 Oktyabr 21:55
6 Oktyabr 21:52
6 Oktyabr 20:03
6 Oktyabr 19:55
6 Oktyabr 19:28
6 Oktyabr 18:37
6 Oktyabr 18:25
6 Oktyabr 18:19
6 Oktyabr 18:14
6 Oktyabr 17:41
6 Oktyabr 16:57
6 Oktyabr 16:45
6 Oktyabr 16:19
6 Oktyabr 15:35
6 Oktyabr 15:10
6 Oktyabr 14:29
6 Oktyabr 14:26
6 Oktyabr 14:22
6 Oktyabr 14:21
6 Oktyabr 14:20
6 Oktyabr 14:18
6 Oktyabr 14:10
6 Oktyabr 14:06
6 Oktyabr 14:00
6 Oktyabr 13:47
6 Oktyabr 13:28
6 Oktyabr 12:36
6 Oktyabr 12:00
6 Oktyabr 11:46
6 Oktyabr 11:18
6 Oktyabr 11:04
6 Oktyabr 11:03
6 Oktyabr 11:00
6 Oktyabr 10:59
6 Oktyabr 10:55
6 Oktyabr 10:52
6 Oktyabr 10:03
6 Oktyabr 09:00
6 Oktyabr 08:50
6 Oktyabr 08:42
6 Oktyabr 08:32
6 Oktyabr 00:19
6 Oktyabr 00:15
6 Oktyabr 00:12
6 Oktyabr 00:09
5 Oktyabr 21:45
5 Oktyabr 21:42
5 Oktyabr 20:59
5 Oktyabr 20:56
5 Oktyabr 20:52
5 Oktyabr 20:05
5 Oktyabr 20:03
5 Oktyabr 20:02
5 Oktyabr 19:59
5 Oktyabr 19:56
5 Oktyabr 19:52
5 Oktyabr 19:48
5 Oktyabr 19:48
5 Oktyabr 19:47
5 Oktyabr 19:45
5 Oktyabr 19:42
5 Oktyabr 19:40
5 Oktyabr 19:38
5 Oktyabr 19:36
5 Oktyabr 19:10
5 Oktyabr 18:42
5 Oktyabr 18:31
5 Oktyabr 18:27
5 Oktyabr 18:08
5 Oktyabr 18:04
5 Oktyabr 17:09
5 Oktyabr 17:06
5 Oktyabr 17:03
5 Oktyabr 16:34
5 Oktyabr 16:07
5 Oktyabr 15:41
5 Oktyabr 14:38
5 Oktyabr 14:36
5 Oktyabr 14:31
5 Oktyabr 14:29
5 Oktyabr 14:27
5 Oktyabr 14:25
5 Oktyabr 14:19
5 Oktyabr 14:16
5 Oktyabr 14:14
5 Oktyabr 14:12
5 Oktyabr 14:10
5 Oktyabr 14:07
5 Oktyabr 14:06
5 Oktyabr 14:05
5 Oktyabr 13:58
5 Oktyabr 13:55
5 Oktyabr 13:31
5 Oktyabr 13:29
5 Oktyabr 13:22
5 Oktyabr 13:08
5 Oktyabr 13:04
5 Oktyabr 12:45
5 Oktyabr 12:30
5 Oktyabr 12:25
5 Oktyabr 11:32
5 Oktyabr 11:27
5 Oktyabr 11:16
5 Oktyabr 11:13
5 Oktyabr 10:58
5 Oktyabr 10:44
5 Oktyabr 10:23
5 Oktyabr 10:07
5 Oktyabr 09:52
5 Oktyabr 09:15
5 Oktyabr 08:15
5 Oktyabr 07:44
5 Oktyabr 07:42
5 Oktyabr 07:41
5 Oktyabr 07:37
5 Oktyabr 07:35
5 Oktyabr 07:34
5 Oktyabr 07:32
5 Oktyabr 07:30
5 Oktyabr 07:29
5 Oktyabr 07:24
5 Oktyabr 07:20
5 Oktyabr 07:18
5 Oktyabr 01:10
5 Oktyabr 01:05
5 Oktyabr 01:02
5 Oktyabr 00:53
5 Oktyabr 00:45
4 Oktyabr 21:04
4 Oktyabr 21:03
Ən son xəbərləri səhifəmizdən də izləyin