BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq - Sabah iş olmayacaq?

20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.

 

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

 

Qeyd edilib ki, Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur: "Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".

 

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

 

APA

Tarix: 19 Sentyabr 2024, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin