“Hicab qadının içindən gələn hisslərə bağlıdır. Geyim tərzidir, gözəllik üçün deyil. Dünyanın hər yerində, sivil Avropa ölkəsindən tutmuş istənilən Şərq ölkəsinə qədər hicab azad geyim tərzidir. Sadəcə, insanlar hicaba qarşı yanaşmalarında, fikirlərində çaşqındırlar. Çünki “hicab” deyəndə bəziləri bunu qadın azadlığının məhdudiyyəti kimi başa düşür. Bəziləri isə duyğusal günlərində ibadətə, dinə tərəf meyilli olanda örtünür. Hicab Allahın göstərişidir ki, qadın doğmaları istisna olmaqla, ətrafa görüntüsünü məhdudlaşdırsın. Biri hicabı bağlayıb, sonra açıbsa, bunu onun psixoloji vəziyyəti ilə əlaqələndirirərdim. Tez-tez fikrini, tərzini, davranışı dəyişən insanlarda psixoloji problemlər var”.
Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Təyyar Hüseynli deyib.
“İnsan var, deyir ki, söz verirəm, bir də bunu etməyəcəyəm. Amma sonra görürsünüz ki, az müddət sonra qətiyyətindən döndü. Yaxud insan var, ay ərzində fərqli-fərqli davranışlar sərgiləyir. Buna “isterika” deyirlər. Hicabı da bu həftə açır, o biri həftə tamam fərqli geyinir. Belə adamlarla hicab, din məsələsini müqayisə etmək olmaz. Bilərəkdən hicaba, müsəlman əqidəsinə zərbə vurmaq, kölgə salmaq məqsədilə hicabı açıb-bağlamağın, müqəddəs hissiyyatla oynamağın cəzası böyük olar. Bir nəfər hicabı bağladı, sonra rahatlıqla açıbsa, deməli, onun əsəb-sinir sistemində, psixoloji durumunda ciddi problem var. Hicabını açanların cəzasına gəlincə, “Qurani-Kərim” deyir ki, qadınlar necə davransınlar, necə geyinsinlər. Bu da hər insanın fərdi, şəxsi işidir, Allaha özü cavab verər. Hicab müsəlman idealogiyasına xas geyim tərzidir. Allahın göstərişləri ilə məsuliyyətsiz davranılırsa, kimsə hicabı rahatlıqla ələ salırsa, yəqin ki, Allah onunla bağlı öz qərarını verər. Bütün hicablılara, hicabsızlara qəlblərində insani hicab olmasını, şəxsiyyət, milli-mənəvi mənlik arzulayıram. Əsl hicab bundan qaynaqlanır. Sonrası isə vizual məsələdir”, - o bildirib.
Qeyd: Türkiyənin ATV kanalında yayımlanan Esra Erolun aparıcılıq etdiyi verilişdə məşhurlaşan iştirakçı Yazgülün sosial şəbəkədə özünə izləyici kütləsi yığdıqdan sonra hicabını açması, qısa ətəkdə “Tik Tok” videoları çəkməsi geniş müzakirə yaradıb.
Aytəkin Qardaşova
30 Aprel 19:01
30 Aprel 18:45
30 Aprel 18:44
30 Aprel 18:10
30 Aprel 18:00
30 Aprel 17:07
30 Aprel 16:54
30 Aprel 16:49
30 Aprel 16:46
30 Aprel 16:43
30 Aprel 16:41
30 Aprel 16:38
30 Aprel 16:22
30 Aprel 16:14
30 Aprel 16:04
30 Aprel 15:55
30 Aprel 15:12
30 Aprel 15:06
30 Aprel 14:20
30 Aprel 14:11
30 Aprel 13:35
30 Aprel 12:45
30 Aprel 12:41
30 Aprel 12:31
30 Aprel 12:28
30 Aprel 12:16
30 Aprel 12:00
30 Aprel 11:59
30 Aprel 11:56
30 Aprel 11:42
30 Aprel 11:38
30 Aprel 11:34
30 Aprel 11:25
30 Aprel 11:18
30 Aprel 11:15
30 Aprel 11:10
30 Aprel 10:53
30 Aprel 10:50
30 Aprel 10:48
30 Aprel 10:41
30 Aprel 10:26
30 Aprel 10:21
30 Aprel 10:12
30 Aprel 10:09
30 Aprel 10:03
30 Aprel 09:57
30 Aprel 09:50
30 Aprel 09:43
30 Aprel 09:27
30 Aprel 09:25
30 Aprel 09:16
30 Aprel 09:08
30 Aprel 08:59
30 Aprel 08:56
30 Aprel 08:41
30 Aprel 08:35
30 Aprel 08:25
30 Aprel 08:05
30 Aprel 07:29
30 Aprel 07:20
30 Aprel 07:18
30 Aprel 07:17
30 Aprel 07:16
30 Aprel 07:10
30 Aprel 01:21
30 Aprel 01:03
30 Aprel 00:40
30 Aprel 00:23
29 Aprel 23:49
29 Aprel 23:13
29 Aprel 21:36
29 Aprel 21:33
29 Aprel 21:24
29 Aprel 20:05
29 Aprel 20:01
29 Aprel 19:55
29 Aprel 19:38
29 Aprel 19:35
29 Aprel 19:33
29 Aprel 19:29
29 Aprel 19:25
29 Aprel 18:24
29 Aprel 18:21
29 Aprel 18:18
29 Aprel 17:49
29 Aprel 17:47
29 Aprel 17:36
29 Aprel 17:34
29 Aprel 17:31
29 Aprel 17:31
29 Aprel 17:29
29 Aprel 16:58
29 Aprel 16:56
29 Aprel 16:52
29 Aprel 16:42
29 Aprel 16:34
29 Aprel 16:31
29 Aprel 16:29
29 Aprel 16:28
29 Aprel 16:27
29 Aprel 16:21
29 Aprel 16:19
29 Aprel 16:18
29 Aprel 15:35
29 Aprel 15:34
29 Aprel 15:22
29 Aprel 14:57
29 Aprel 14:56
29 Aprel 14:43
29 Aprel 14:40
29 Aprel 14:31
29 Aprel 14:27
29 Aprel 14:15
29 Aprel 14:12
29 Aprel 14:08
29 Aprel 14:07
29 Aprel 13:54
29 Aprel 13:28
29 Aprel 12:48
29 Aprel 12:47
29 Aprel 12:42
29 Aprel 12:19
29 Aprel 12:19
29 Aprel 12:10
29 Aprel 12:08
29 Aprel 12:06
29 Aprel 11:46
29 Aprel 11:44
29 Aprel 11:42
29 Aprel 11:41
29 Aprel 11:12
29 Aprel 11:10
29 Aprel 10:57
29 Aprel 10:48
29 Aprel 10:44
29 Aprel 10:42
29 Aprel 10:29
29 Aprel 10:17
29 Aprel 10:16
29 Aprel 10:02
29 Aprel 10:01
29 Aprel 09:49
29 Aprel 09:46
29 Aprel 09:40
29 Aprel 09:34
29 Aprel 09:15
29 Aprel 09:11
29 Aprel 09:10
29 Aprel 09:03
29 Aprel 09:00
Ən son xəbərləri səhifəmizdən də izləyin