BURADA REKLAMINIZ OLA
BİLƏR

2025-ci ilin əvvəlində pensiya və əməkhaqları bu qədər artacaq - AÇIQLAMA

Məlum olduğu kimi, 2025-ci ilin dövlət büdcəsi açıqlanıb. Sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 998.0 milyon manat (xüsusi çəkisi 12,6 faiz) yönəldilməsi pensiya və əməkhaqlarının artırılacağı barədə ehtimalları gücləndirib. 

 

İqtisadçı Natiq Cəfərli Pravda.az-a açıqlamasında deyib ki, sosial büdcənin artım tempinə baxılsa, faiz nisbətində də o qədər böyük artım gözlənilmir. 

“Bu isə onu göstərir ki, təqaüdlərdə və maaşlarda da kəskin artım olacağını gözləmək əbəsdir. Düşüncəm və rəqəmlərin göstərdiyi yön budur ki, 2025-ci ilin əvvəlindən pensiya və maaşlarda, təqribən, 10% civarında artım gözləyə bilərik. İndiki büdcə rəqəmləri ilə daha böyük artım o qədər də aydın görünmür”, - ekspert bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 19 Sentyabr 2024, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin