BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Depozit Mərkəzi: İnzibati xəta barəsində icraata xitam verilib - YENİLƏNDİ

Protokol əsassız tərtib edildiyindən təsdiqedici məlumatlar məhkəməyə təqdim edilib, proses nəzarətdə saxlanılmış və dünən (oktyabrın 8-də-red) məhkəmədən alınmış məlumata əsasən inzibati xəta barəsində icraata xitam verilib.

 

Bu barədə Pravda.az-a Milli Depozit Mərkəzinin (MDM) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, məhkəmə qərarının növbəti həftə MDM-ə təqdim edilməsi gözlənilir.

 

***

 

2024-09-19 13:07

 

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 9 Oktyabr 2024, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin