BURADA REKLAMINIZ OLA
BİLƏR

"Marketlər “Antiinhisar fəaliyyəti haqqında” qanunu pozaraq “İstisu”yu çox baha qiymətə satırlar"

“Azərbaycanın həsrətlə gözlədiyi “İstisu”yu, mən də əldə etdim. Neçə gündür, pul yığırdım ki, alım. Milyonlarla insanın 30 il həsrət çəkdiyi suyun marketinqinə heç bir ehtiyac yox idi. Yaşlı nəslin nümayəndələri bizə bu suyun gözəlliyindən, şəfasından danışırdılar. Nəhayət, biz gənclərə də dadmaq nəsib oldu. Amma təəssüf ki, kifayət qədər bahadır. Marketlər “Antiinhisar fəaliyyəti haqqında” qanunu pozaraq “İstisu”yu çox baha qiymətə qoyublar. Bu, ağlasığan məbləğ deyil. Amma 6-8 manat da olsaydı, yenə də alardıq, çünki çox gözləmişik. Deyirlər ki, “İstisu”yun istehsalında əlavə qaz vurulmur, tərkibi yerdən çıxan qazlılıqdır, tam təbiidir. Bəllidir ki, sırf mineral sudur, təmizlənmir filter suyu deyil. Lakin bu su səhərdən axşama kimi içmək üçün deyil, müalicəvidir. 10-15 gün kurs kimi içmək daha məqsədyönlü olar. Hələ ki təbii olması dadından hiss edilir”. 

 

Pravda.az xəbər verir ki, bu sözləri aparıcı İdris Cəfərov deyib. 

 

Məşhur aparıcı 5 il sonra efirə qayıtdı Yeni Sabah

 

“Rusiyanın 160 milyon, Ukraynanın 45, Qazaxıstanın 20, Azərbaycanın 10 milyon əhalisi var. Bu ölkələrin hansının ucqar kəndinə getsək, “Barjomi” suyu satılır. Gürcüstanda Barjomidə olanlar, yəqin, görüblər, orada 90-lıq borunun da həcmindən az miqyasda su çıxır. Təbii ki, bu bizə əminliklə deməyə əsas verir ki, “Barjomi” sularının bazarda 99%-i saxtadır. Sadəcə, Barjomidən çıxan suyun formuluna uyğun soda, qazlı su və digər mineral elementlər əlavə olunur. “İstisu” isə hələ ki təbiidir, yəqin, iş dəllalları saxtasını çıxarmayıblar. Suyun reytinqini nəzərə alaraq ola bilsin, yaxın zamanlarda əlavə sexlərdə doldurulmuş versiyasını da görəcəyik. İndi içib dadmağa dəyər, sadəcə, qiymətini tarazlamalıyıq ki, hər kəs üçün əlçatan olsun”, - o bildirib. 

 

Qeyd: "Avrora" şirkəti “İstisu” mineral sularının rəsmi distribütorudur.

 

Aytəkin Qardaşova

Tarix: 19 Sentyabr 2024, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin