BURADA REKLAMINIZ OLA
BİLƏR

İtaliyanın müdafiə naziri Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.

 

İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

Tarix: 24 Sentyabr 2024, 10:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin