BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən Müharibəsinin ilk mülki Şəhidlərinin ailəsi ziyarət olundu - FOTO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Naftalan Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov, digər məsul şəxslər Vətən Müharibəsinin ilk mülki Şəhidlərinin ailəsini ziyarət edidlər.

 

Pravda.az xəbər verir ki, ziyarət zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açılmış, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi bildirilmişdir.
 

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqətin ölkə Prezidentinin onlara göstərdiyi qayğısının əyani təzahürü olduğunu vurğulayaraq göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

 

Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsi nəticəsində ikisi uşaq olmaqla ailənin beş üzvünün həyatı faciəvi şəkildə sona çatdı.

Fotoları təqdim edirik
Tarix: 24 Sentyabr 2024, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin