BURADA REKLAMINIZ OLA
BİLƏR

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə protokol yazılmasının səbəbi açıqlandı

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Baxış iclası oktyabrın 3-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 25 Sentyabr 2024, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin