BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bu ərazilərdə su kəsiləcək

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

 

Bu barədə Pravda.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

 

Fasiləyə səbəb, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə saat 06:00-dan 20:00-a qədər təmir işlərinin aparılmasıdır.

 

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.


 

Tarix: 25 Sentyabr 2024, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin