BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatların Prezidentə təqdim edildi

Nazirlər Kabineti Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin Prezidentə təqdim edilməsi barədə qərar qəbul edib.


Pravda.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Sənədə əsasən, “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Tarix: 26 Sentyabr 2024, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin