BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhaliyə xəbərdarlıq: Oktyabrın 4-5-də...

Günəşdə alışmalar hesabına oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası gözlənilir.

 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X (güclü) sinif alışmaların olacağı proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.

 

Oktyabrın 4-ü gecə saatlarından başlayaraq səhər 08:00 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir. Sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək. Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-i saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.

Tarix: 3 Oktyabr 2024, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin