BURADA REKLAMINIZ OLA
BİLƏR

Dollar borcunu manata çevirəcəyinə vəd verən şəxsə şərti cəza verildi

Ali Məhkəmədə Banka olan dollar borcunu restruktizasiya edəcəyi ilə bağlı dələduzluq etməkdə təqsirləndirilən Nurlan Bağışovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib və ona şərti cəza verilib.

İttihama əsasən, Nurlan Bağışov sahibkar Müşviq Əsgərovun “Access Bank”a olan 366 min dollar kreditinin manata çevirəcəyinə vəd edərək ondan 77000 manat pul alıb. O, özünü zərərçəkmişə vəzifəli şəxs kimi təqdim edib, Mərkəzi Bankın sədri ilə atasının dost olduğunu deyərək yalan vədlər verib.


Nurlan Bağışov 31 oktyabr 2020-ci ildə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Nurlan Bağışov 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun cəzası 4 il 3 ay 5 günə endirilib.

 

Kamal Məmmədov 

Tarix: 4 Oktyabr 2024, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin