BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeznəsini yumruqla vuran şəxsə cəza verildi

Gəncə Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nizam Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri növündə cəza təyin edilib.


İttihama görə, 20 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Gəncə şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, Nizam Babayev evin mətbəxində bacısının əri, zərərçəkmiş Uğur Quliyevlə (şərti) mübahisə edib. Bu zaman zərərçəkmiş nalayiq ifadələrlə onu təhqir edib. Sonra Nizam yumruq zərbəsi ilə Uğurun üz nahiyəsinə bir dəfə zərbə vuraraq on xəsarət yetirib.


Hadisədən sonra Nizam Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 4 Oktyabr 2024, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin