BURADA REKLAMINIZ OLA
BİLƏR

Komitə sədrinin müavini: “Cərimələri artırmaqla büdcə doldurmaq yanlış iqtisadi üsuldur”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev cərimələrin artırılmasının parlamentin yeni tərkibi formalaşadıqdan dərhal sonra baş verməsi ilə əlaqədar deputatların tənqid hədəfinə çevrilməsinə münasibət bildirib. 

 

Sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, indiki halda cərimə artımının parlamentin yeni tərkibi ilə əlaqələndirilməsi həqiqəti əks etdirmir: “Biz həmişə cərimələrin artırılmasının əleyhinə olmuşuq. Bunun parlamentin yeni tərkibinə nə aidiyyəti var? Böyük Azərbaycan Partiyası olaraq, dövlət büdcəsinin daha çox iqtisadiyyatın inkişaf etdirilməsindən asılı olduğunu bundan əvvəl də bildirmişik. İndi də mövqeyimizi dəyişmirik. Hesab edirik ki, cərimələri, rüsumları artırmaqla büdcə doldurmaq yanlış iqtisadi üsuldur”. 

 

Aytəkin Qardaşova

Tarix: 5 Oktyabr 2024, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin