BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qızım dedi ki, arzularımı puç etmə"

"Qəddar ana deyiləm. Çalışdım uşaqlarımla dost olum. Bəlkə bu pisdir. əgər övladım 2 alırsa, bunun üstündə onu danlayım, döyüm... Yox, etmirəm. Mənlik deyil. Yoldan keçəndə kimsə dalaşanda halım pisləşir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Samirə ƏliMəryəm "Günə bax" verilişində deyib. Övladlarından danışan sənətçi bunları əlavə edib:

 

"Uşaqlarımla yaxşı dost olmuşam. Az da olsa onlarla günümü keçirtmişəm. Bəlkə özümə almamışam, amma onlara almışam. çünki uşaqlıqda alacaqlarım çox idi, anamın isə imkanı yox idi. Oğlum deyə bilər ki, anam çox deyinir. Bu da normaldır: hara getdin, niyə gec gəldin. O da gəncdir, sevmir belə şeyləri. Qızımın 3 yaşından futbola meyli olduğunu gördüm. Gördüm ki, peşəkar sevgiyə çevrilib. Əvvəl istəmədim, o da dedi ki, arzularımı puç etmə. Onu peşəkar futbola yazdırdım. İndi xoşbəxtdir".

Tarix: 5 Oktyabr 2024, 19:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin