BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO

Müğənni Xatirə İslam aparıcı Zaur və Günay Baxşəliyeva cütlüyü ilə bağlı paylaşımıyla diqqət çəkib. 

 

İfaçı Zaurun toy aparmaq üçün 50 min manat alması haqda açıqlamasını paylaşıb.

 

Xatirə bildirib ki, həmin toyu Zaura özü danışıb:

 

“Bəs, niyə demirsən həmin toyu sizinlə kim danışdı? Niyə demirsən orada kim ağbirçəklik edirdi? De da…”

 

Qeyd edək ki, Zaur məşhur bir ailənin Günayla birlikdə toy aparmaları üçün onlara 50 min manat verdiyini açıqlayıb. O, “Dedilər ki, arzuları bizim toyu aparmağımızdır. Biz isə vaxtımız olmadığı üçün toya getmirik. Elə rəqəm dedim ki, razılaşmasınlar: 50 min. Amma dedilər, beh atırıq” deyə, açıqlamasında bildirib. (Axşam.az)

 

Tarix: 7 Oktyabr 2024, 00:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin