BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda səfərdə olan NATO nümayəndə heyəti Hərbi Qənimətlər Parkını ziyarət edib

Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçakın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, namyəndə heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib.

 

Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.

 

Ölkəmizdə olduğu müddətdə NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.

Tarix: 9 Oktyabr 2024, 10:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin