BURADA REKLAMINIZ OLA
BİLƏR

Elektrik və hibrid avtomobillərlə bağlı YENİLİK

Azərbaycanda elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik hazırlanacaq.

 

Nazirlər Kabineti bununla bağlı “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, “VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissə üzrə “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik” ixtisası əlavə edilib.

Tarix: 9 Oktyabr 2024, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin