BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Bu ölkədə biznesi - iş adamlarını fikirləşən varmı?! Nə qədər fikir bildirmək istəməsəm də olmur. COP29, Formula 1 və digər böyük tədbirlərin Bakıda keçirilməsi həqiqətən ölkəmizin nüfuzu, tanıtımı üçün çox önəmlidir. Bunu gözəl başa düşürəm. Lakin bu tədbirlərin keçirilməsi fonunda iş adamlarına dəyən zərər barədə heç kim danışmır. Məlumdur ki, şəhərin mərkəzi hissəsində alıcılıq yüksəkdir və bu səbəbdən orada olan obyektlərin əksəriyyəti yüksək kirayə məbləğləri ödəyirlər. Formula 1 vaxtı Bakı treki üzərində yerləşən bütün bizneslərin qarşısını beton bloklarla qapadırlar və ən azı 2 ay müddətində həmin yerlərin işini, müştəri bazasını məhv edirlər. Əminəm ki, obyekt sahibləri həmin dövr üçün kirayəni aşağı salmırlar. Dövlət isə bunun qarşılığında iş adamlarına nəinki təzminat ödəyir, kömək edir, əksinə yerindən duran dövlət qurumu "pul qopartma" yolları axtarır.

 

Pravda.az-ın xəbərinə görə, bunu vəkil Aslan İsmayılov bildirib.

 

O qeyd edib ki, indi də bütün mərkəz yollarda velosiped, avtobus yolları çəkilir: "Baxaq Rəşid Behbudov küçəsinə, orada nə qədər sahibkarların obyektləri var. Yolun sağını avtobus, solunu ilə velosiped yolu ediblər. Mağazanın qarşısında saxlamaq demirəm, adam düşürtmək istəyən nə etməlidir? Mağazaya girmək üçün ya 100 manat cərimələnməlidir, yaxud da oranı dövr edib bəxti gətirsə ora ən yaxın mümkün yerdə düşməlidir. Həmin yolların üstündə yerləşən biznesləri heç düşünən varmı? Yoxsa sizə iş yerləri lazım deyil, vergi planını artıq doldurmusunuz?! Hesab edirəm ki, bu məqamlar nəzərə alınmalıdır və onsuz da can verən iş adamlarına edilən bu haqsızlıqlara son qoyulmalıdır. İstənilən normal dövlətdə iş yerləri prioritetdir. Ucdantutma yolları xətləməklə iş bitmir. Burada xeyirlə bərabər zərər də nəzərə alınmalıdır".

Tarix: 9 Oktyabr 2024, 20:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin