BURADA REKLAMINIZ OLA
BİLƏR

Osman Gündüz: "Analitikası güclü olan nazirlər arasında ilk yerdə Emin Əmrullayevdir"

Analitikası güclü olan, data yönümlü açıqlamaları olan nazirlər arasında ölkədə ilk yerdə Emin Əmrullayevdir. O, həm də özünün məsul olduğu təhsil və elm sahəsi üzrə neqativləri qeyd etməkdə də öncül yerdədir.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

 

Onun sözlərinə görə, E.Əmrullayevin əlində böyük data var, həm də bu data emal olunmuş vəziyyətdədir, konkret nəticələr çıxarmağa, istənilən bir ümumiləşdirmə aparmağa və qərarlar qəbul etməyə imkan verən  bir vəziyyətdədir: "Hiss olunur ki, hər çıxışından öncə bu datadan yetərincə bəhrələnir. Xatırlayıram ki, nazir əvvəllər də Nazirlikdə statistika yönümlü şöbəyə rəhbərlik edirdi. Data yönümlü çıxışlar, real rəqəmlərə və təhlilə söykənən açıqlamalar da adətən "ütülü", hamının "həzm edəcəyi" vəziyyətdə olmur. Son illərdə müəyyən uğurlarla yanaşı, təhsil və elm sektorunda xeyli problemlər də olduğundan, cəmiyyətin hər bir üzvü də təhsil ilə əlaqəli olduğundan nazirin çıxışlarını həzm etmək elə də asan olmur. Odur ki, hər dəfə onun çıxışlarından sonra müzakirələr qaçılmaz olur. Bəzən rəqiblərinin, müəyyən qrupların bundan sui istifadəyə cəhdlər etməsi də müşahidə olunur. Emin müəllimin "Tərəfdaşlıqdan Tərəqqiyə” mövzusunda Təhsilin İnkişafı Forumundakı çıxışı da maraqlıydı. Belə anladım ki, ali təhsil müəssisələrində, bütövlükdə ali təhsil sistemində dəyişikliklər olacaq".

Tarix: 9 Oktyabr 2024, 20:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin