BURADA REKLAMINIZ OLA
BİLƏR

Yüz manat borca görə döyülən şəxs məhkəmədə tanışını bağışladı

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amil Kərimovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


İttihama görə, hadisə bu il Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.


Belə ki, Amil Kərimov yaşadığı evə gələn tanışı, zərərçəkmiş Əkbər Əkbərli (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəbə gəlincə isə təqsirləndirilən şəxs hadisədən bir müddət əvvəl zərərçəkmişdən 100 manat borc pul alıb, tez bir zamanda qaytaracağını bildirib. Lakin o, pulu geri qaytara bilməyib. Olay günü Əkbər borcunu almaq üçün Amilin yaşadığı evə gəlib. Onlar arasında mübahisə yaranıb və zərərçəkmiş təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir edib. Bu zaman Amil onun sifətinin sol tərəfindən iki dəfə yumruqla vuraraq, xəsarət yetirib.


Məhkəmədə elan edilib ki, Əkbər təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur.

 

Kamal Məmmədov 

Tarix: 10 Oktyabr 2024, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin