BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda Əməkdar həkim öldü - FOTO

Azərbaycanın Əməkdar həkimi Tərifə İskəndərova vəfat edib.

 

Pravda.az bildirir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

 

Qeyd edilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Qeyd edək ki, T.İskəndərova uzun illər Binəqədi rayonu 9 saylı qadın məsləhətxanasının baş həkimi vəzifəsində çalışıb. 2018-ci ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb. O, 3 saylı şəhər poliklinikasının baş həkimi Sevda İskəndərovanın bibisidir.

 

Məlumata görə, T.İskəndərova bir müddətdir müalicə olunduğu Türkiyədəki xəstəxanaların birindən bir neçə gün əvvəl evə buraxılıb və o, ölkəyə qayıdıb.

 

Tarix: 10 Oktyabr 2024, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin