BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məşhur restoran gecəyarısı qarət edildi

Metronun "İçərişəhər" stansiyasının yaxınlığında yerləşən məşhur "Soloha" restoranında oğurluq hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə müəssisənin sahibi Lidiya Əliyeva özünün "Instagram" hesabında məlumat verib.

 

"Bu gecə "İçərişəhər"dəki "Soloha Baku" restoranım qarət olunub, özümü çox məyus hiss edirəm. Oğru pəncərədən içəri daxil olaraq, qiymətli əşyaları oğurlayıb və gedib", - o yazıb.

 

Onun sözlərinə görə, polis artıq hadisə ilə bağlı araşdırma aparır.

 

Tarix: 11 Oktyabr 2024, 05:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin