BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərtütün" barəsində protokol tərtib edildi

"Azərtütün" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 421-ci (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Zaqatala Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 11 Oktyabr 2024, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin