BURADA REKLAMINIZ OLA
BİLƏR

"iPhone"u avtomobillə dəyişdilər

Türkiyədə telefonu avtomobilə dəyişiblər.

 

Balıkesir rayonunda iki gənc arasında maraqlı barter baş tutub.

 

Belə ki, Ümid Macan yeni aldığı “iPhone 16 Pro Max” markalı telefonunu dostu Mucahid Demirerə verib.

 

O da qarşılığında özünün 1998-ci istehsalı olan “Reanult Toros” markalı avtomobilini Macana təqdim edib.

 

Qeyd olunur ki, telefonun qiyməti 120 min (təxminən 5952 manat), maşının qiyməti isə 150 min lirədir (təxminən 7440 manat).

 

Ancaq qiymət fərqinə rəğmən dostlar arasında problem yaşanmayıb. Ümid Macan bildirib ki, dostu Mucahid üçün Balıkesirdə “iPhone 16 Pro Max” telefonu tapılmayıb. Başqa şəhərlərdə də axtarsalar da, tapmayıblar. Bundan sonra Macan özündə olan “iPhone”u dostuna verib.

 

Qeyri-adi barter medianın və ictimaiyyətin marağına səbəb olub.//Lent.az

Tarix: 11 Oktyabr 2024, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin