BURADA REKLAMINIZ OLA
BİLƏR

Toya gedən müğənni və prodüseri qəzaya düşüb - FOTOLAR

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

 

Pravda.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

 

Nəticədə sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tarix: 12 Oktyabr 2024, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin