Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi, sülh sazişinin imzalanma mərhələsinin uzanması hazırda ciddi müzakirə mövzusudur. Cənubi Qafqaz son vaxtlar beynəlxalq siyasi iradə mərkəzlərinin əsas diqqətini özünə daha çox cəlb edir. Bu baxımdan dünya nəhənglərinin strateji hədəfləri getdikcə daha aydın özünü göstərməkdədir. Əsas reallıq isə budur ki, ABŞ və Qərb Rusiyanı regiondan uzaqlaşdırmağı özünə hədəf seçib və bu planı Ermənistan üzərindən həyata keçirməyə çalışırlar.
Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, sülh müqaviləsinin imzalanması üçün beş baza prinsipini Azərbaycan tərəfinin hazırladığı heç kimə sirr deyil.

Deputat bildirib ki, sülh müqaviləsi layihəsinin də müəllifi Azərbaycandır:
“Bütün dünyanın Azərbaycana diqqətinin artdığı bir reallıqda - söhbət COP29 konfransından gedir, Ermənistanın siyasi rəhbərliyi sülhlə bağlı daha intensiv şəkildə bəyanatlar verməkdədir. Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında bəyan etdi ki, ölkəsi hətta oktyabr ayı ərzində sülh müqaviləsini imzalamağa hazırdır. Ermənistanın Prezidenti Vaaqn Xaçaturyan COP29 tədbirinə qədər sülh müqaviləsini imzalamağa hazır olduqlarını bildirir. Demək olar, söhbət məhz oktyabr ayından və noyabrın əvvəlindən gedir. Nə baş verməkdədir? Niyə rəsmi İrəvan bu qədər ucadan sülhdən danışmağa başlayır? Əslində, məsələnin mahiyyətinə vardıqda görəcəksiniz ki, Ermənistanın qətiyyən sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Elə bu səbəbdən də sülhdən çox danışır. Səbəb budur ki, Ermənistan 80 fazilik sülh müqaviləsi imzalamaq, 20 faiz həll olmamış məsələni isə mötərizəyə alıb, onu sonrakı nəslə saxlamaq istəyir. Yəni hələ növbəti nəsillər də bu problemi həll etməklə məşğul olsunlar. Elə eyni səbəbdən də ATƏT-in Minsk Qrupunun buraxılmasının əleyhinədir. Həllini tapmayan 20 faiz məsələni ATƏT-in Minsk Qrupuna tapşırılması ideyasını bir müddət sonra dilə gətirəcək”.
E.Nəsirov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı prinsipial, dəyişməz və qətiyyətli mövqeyi var:
“Mövqe budur ki, biz sülh istəyirik, ancaq bizə yarımçıq sülh deyil, 100 faizlik tam sülh lazımdır. Şərtlər də bəllidir - Azərbaycana qarşı ərazi iddiasından imtina edilməsi və bunun referendumla təsdiqlənməsi, ATƏT-in Minsk Qrupunun buraxılması, Azərbaycana qarşı revanşizmə son qoyulması. Bu prosesdə həm Moskva, həm də Vaşinqton fəal oyunçu kimi çıxış etmək niyyətini gizlətmir. Amma cənab Prezident dəfələrlə qeyd edib ki, biz ikitərəfli formata üstünlük veririk. Birbaşa, vasitəçilər olmadan danışıqların tərəfdarıyıq, çünki bu, daha faydalı olur, daha çox nəticələr gətirə bilir. Vasitəçilik iddiasına düşən, təşkilatçı kimi çıxış edən tərəflərə gəlincə, bir çox hallarda nəzakət xatirinə Azərbaycan onların təşəbbüsündən imtina etmir, amma eyni zamanda fərqindədir ki, vasitəçilik institutu bu problemlərin həllinə heç vaxt xeyir gətirməyib, indi də gətirmə potensialı çox aşağıdır. Birbaşa danışıqlar ən məqsədəuyğun variantdır. Azərbaycan bu ideyanı müdafiə edir. Ümumiləşdirərək demək olar ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Ən azından, buna indi getmək istəmir. Bu mövqeyi formalaşdıran Ermənistanın himayədarlarıdır. Fransa başda olmaqla. Emmanuel Makron Paşinyanın qulağına pıçıldayır ki, heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalama, biz səni müharibəyə hazırlayırıq. İstənilən müasir silahlarla səni təmin edəcəyik. Bu halda sülh bizə maneə ola bilər. Reallıq bundan ibarətdir”.
Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Cənubi Qafqaz böyük güclərin toqquşduğu növbəti regiona çevrilib:

“Belə ki, uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsi bitdikdən sonra regionumuzda möhkəmlənmək, söz sahibinə çevrilmək üçün güclü savaş gedir. Ümumiyyətlə, Cənubi Qafqazı maraqların toqquşduğu digər regionlardan fərqləndirən yeganə amil Azərbaycan dövlətinin buradakı mövcudluğudur. Əgər Qərb və Rusiya maraqlarının qətiyyən uzlaşmadığı digər bölgələrə baxsaq, böyük bir xarabalıq və müharibə cinayətləri görərik. “Azərbaycan hakimiyyətinin balanslaşdırılmış siyasəti regionu böyük fəlakətlərdən qoruyur” desək, yanılmarıq. Bəli, qətiyyətlə söyləmək mümkündür ki, hazırda Cənubi Qafqaz müstəvisindəki proseslərin inkişaf dinamikasını müəyyənləşdirən məhz Azərbaycanın gücüdür. Azərbaycanın yaratdığı güc deməyə əsas verir ki, artıq Bakı-İrəvan münasibətlərinə böyük güclərin təsir imkanları olduqca aşağıdır. İndi istər Qarabağ ermənilərinin durumu, istər regionda kommunikasiyaların açılması, istərsə də Zəngəzur dəhlizi məsələsi elementlərini özündə birləşdirən Azərbaycan-Ermənistan münasibətlərinin, yəni Cənubi Qafqazdakı münaqişəli durumun tənzimlənməsinə xarici güclərin öz istəkləri daxilində birbaşa təsiri çox aşağı olduğundan əsas məqam Bakı və İrəvanın anlaşmasıdır. Müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə müxtəlif formatlar irəli sürüldü. Bunlardan ən populyarı ABŞ və Qərb formatı idi. Lakin digər tərəfdən də Rusiya amili var. Rusiyanın regiona olan yaxınlığı və region dövlətləri ilə olan tarixi bağlılığı şərait yaradır ki, regiondakı məsələlərdə aktiv iştirak etsin. Ümumillikdə, Azərbaycan dövlətinin bu məsələdəki mövqeyi milli maraqları daxilində bütün vasitəçilik istəklərinə şərait yaratmaqdır. ABŞ, Aİ, və ya Rusiyanın öz maraqları çərçivəsində irəli sürdükləri vasitəçilik formatları Azərbaycan hakimiyyəti tərəfindən o halda dəyərləndirilir ki, bu vasitəçilik formatı qarşılıqlı əməkdaşlığa və milli maraqlarımıza uyğundur. Digər hallarda dövlətimiz üçün məqbul hal hesab olunmur”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

15 May 23:41
15 May 23:38
15 May 23:15
15 May 23:03
15 May 23:01
15 May 22:31
15 May 22:14
15 May 22:04
15 May 22:01
15 May 20:28
15 May 20:27
15 May 20:20
15 May 20:08
15 May 18:59
15 May 18:56
15 May 18:28
15 May 18:25
15 May 18:15
15 May 18:10
15 May 18:09
15 May 18:04
15 May 17:57
15 May 17:50
15 May 17:34
15 May 17:29
15 May 17:10
15 May 16:50
15 May 16:43
15 May 16:41
15 May 16:37
15 May 16:31
15 May 16:27
15 May 16:14
15 May 16:14
15 May 16:10
15 May 16:05
15 May 16:01
15 May 15:59
15 May 15:50
15 May 15:46
15 May 15:45
15 May 15:42
15 May 15:41
15 May 15:40
15 May 15:39
15 May 15:37
15 May 15:18
15 May 15:14
15 May 15:12
15 May 15:05
15 May 15:04
15 May 15:02
15 May 15:01
15 May 14:56
15 May 14:48
15 May 14:35
15 May 14:30
15 May 14:17
15 May 14:08
15 May 14:07
15 May 14:02
15 May 13:47
15 May 13:23
15 May 13:21
15 May 13:14
15 May 13:12
15 May 12:57
15 May 12:42
15 May 12:31
15 May 12:29
15 May 12:10
15 May 12:07
15 May 11:52
15 May 11:43
15 May 11:42
15 May 11:29
15 May 11:25
15 May 11:24
15 May 11:22
15 May 11:17
15 May 11:16
15 May 11:11
15 May 10:30
15 May 10:27
15 May 10:19
15 May 09:34
15 May 09:22
15 May 09:01
15 May 08:54
15 May 08:51
15 May 08:49
15 May 08:42
15 May 08:41
15 May 08:31
15 May 08:21
15 May 08:18
15 May 08:15
15 May 08:12
15 May 08:04
15 May 03:20
15 May 00:17
15 May 00:16
15 May 00:13
15 May 00:12
14 May 23:46
14 May 22:35
14 May 22:11
14 May 21:48
14 May 21:35
14 May 21:28
14 May 19:29
14 May 18:49
14 May 18:08
14 May 18:05
14 May 18:05
14 May 17:50
14 May 17:49
14 May 17:47
14 May 17:42
14 May 17:37
14 May 17:28
14 May 17:25
14 May 17:05
14 May 17:03
14 May 16:57
14 May 16:47
14 May 16:34
14 May 16:34
14 May 16:31
14 May 16:30
14 May 16:24
14 May 16:02
14 May 16:02
14 May 15:53
14 May 15:48
14 May 15:40
14 May 15:35
14 May 15:14
14 May 15:13
14 May 14:56
14 May 14:36
14 May 14:36
14 May 14:30
14 May 14:28
14 May 14:27
14 May 14:20
14 May 14:04
14 May 14:01
14 May 13:26
14 May 13:19
Ən son xəbərləri səhifəmizdən də izləyin